azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda 194 km-lik Dəmir Yolu Layihəsi: Zəngəzur Dəhlizi ilə Yeni Strateji Bağlantı

14-01-2026

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisi davam etdirilir.
Ümumi uzunluğu 194,1 kilometr olan dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur. Layihə çərçivəsində ümumilikdə 814 mühəndis qurğusu, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereya inşa ediləcək.
Yeni dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsini təmin edəcək. Eyni zamanda bu xətt Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarının mühüm tərkib hissəsi kimi Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək.
Layihənin icrası ölkənin tranzit potensialının artırılmasına, regional nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031