azturkxeber.az
http://azturkxeber.az

Milli Qəhrəmanımızın 50 illiyi yad edilib

14-01-2026

14 yanvar 2026-cı il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağsu Rayon Mədəniyyət Mərkəzinin Rəhimli kənd klubu tərəfindən Milli Qəhrəman Ramazanov Şamil Ağasəf oğlunun anadan olmasının 50-ci ildönümü dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib.

Azturkxeber.az-a verilən məlumata görə, tədbirdə icra nümayəndəsi, kənd bələdiyyəsinin üzvləri, S. Mikayılov adına Rəhimli tam orta məktəbinin müəllim və şagird kollektivi, kənd sakinləri, Milli Qəhrəmanın qardaşı Ziya Ramazanov iştirak edib.

Milli Qəhrəmanımızın sinif rəhbəri Feyzullayev Səxavət müəllim çıxış edərək Şamil Ramazanovun əziz xatirəsini ehtiramla yad edib, məktəblilərə Vətənə sevgi, dövlətə və dövlətçiliyə sədaqət kimi ali dəyərləri öz həyat nümunəsi üzərində çatdırıb.

Tədbir çərçivəsində məktəb şagirdləri Milli Qəhrəmanımızın xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, sonda xatirə şəkli çəkdirilib. Şamil Ramazanovun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031