azturkxeber.az
http://azturkxeber.az

İtaliya nümayəndə heyəti ilə görüş keçirilib

14-01-2026

İtaliya nümayəndə heyəti ilə görüşdə bu ölkənin qurumları ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyi (İTA) arasında görüş keçirilib. Görüşdə həmçinin Ələt Azad İqtisadi Zonasının, Kiçik və Orta Sənaye üzrə İtaliya Konfederasiyasının, İtaliyanın Depozitlər və Kreditlər Fondunun, Xarici Ticarətin Sığorta Xidmətlərinin və Xaricdə Fəaliyyət Göstərən Müəssisələr üçün İtaliya Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə İtaliya qurumları ilə potensial əməkdaşlıq istiqamətləri qeyd edilib, ölkəmizin investisiya imkanları, eləcə də Ələt Azad İqtisadi Zonasına dair təqdimatlar keçirilib.

Tərəflər 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İtaliya biznes forumunun təşkili, forum çərçivəsində AZPROMO ilə İTA arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu və Fəaliyyət Planına dair fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031