Şəhid Həmzəyev Nemet Abuzər oğlunun əziz xatirəsi yad edilib




13 yanvar 2026-cı il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağsu Rayon Mədəniyyət Mərkəzinin Rəhimli kənd klubu tərəfindən Şəhid Həmzəyev Nemət Abuzər oğlunun anadan olmasının 31-ci ildönümü dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ağsu Rayon Mədəniyyət Mərkəzinin Rəhimli kənd klubunun mətbuat xidmətindən məlumat verilib.
Məlumat görə, İcra nümayəndəsi, kənd bələdiyyəsinin üzvləri və Rəhimli kənd klub müdirinin iştirakı ilə şəhidin ailəsi ziyarət olunub, xatirəsi hörmətlə anılıb, xatirə şəkli çəkdirilib. Şəhidimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: