azturkxeber.az
http://azturkxeber.az

Bolqarıstan avrozonaya rahat keçdi, növbədə Rumıniyadır

14-01-2026

Bolqarıstan avrozonaya rahat keçdi, növbədə Rumıniyadır

Bolqarıstanın bu il yanvarın 1-dən avrozonaya rəsmi şəkildə qoşulması ölkədə əsasən problemsiz həyata keçirilib. Rumıniya mediasının və ekspertlərin qiymətləndirmələrinə görə, ilk iki həftə ərzində müşahidə olunan çətinliklər əsasən texniki xarakter daşıyıb və operativ şəkildə aradan qaldırılıb.

Məlumata əsasən, keçid dövrü ərəfəsində mümkün xaosla bağlı narahatlığa baxmayaraq, bankomatlar və POS-terminallar fasiləsiz işləyib. Qanunvericiliyə uyğun olaraq, bolqar levası (keçmiş milli valyuta) ilə ödənişlərin yanvar ayının sonunadək qəbul edilməsi nəzərdə tutulsa da, bir sıra vətəndaşlar ehtiyat məqsədilə əvvəlcədən əlavə nağd vəsait çıxarıblar.

İlk mərhələdə əsas problemlər kiçik ticarət obyektlərində avronun müvəqqəti çatışmazlığı ilə bağlı olub. Bəzi mağazalarda isə yalnız kartla ödənişlərin qəbul edilməsi və ya levayla ödənişdən imtina hallarına rast gəlinib.

Ümumilikdə, ekspertlər Bolqarıstanın avroya keçid prosesini uğurlu və idarəolunan hesab edirlər. Bu təcrübənin avrozonaya üzvlüyə hazırlaşan Rumıniya üçün praktik model kimi əhəmiyyət daşıdığı vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031