azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Qazaxıstan müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

14-01-2026

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qazaxıstanın Bakıda akkreditə olunmuş səfiri Bayel ilə görüşüb. Tərəflər 2025-ci il üzrə ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.

Qeyd olunub ki, ötən il avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb. Həmçinin vurğulanıb ki, Ermənistanın 30 ildən sonra ilk dəfə məhz Qazaxıstan buğdasını Azərbaycan ərazisi vasitəsilə alması həm simvolik, həm də praktik əhəmiyyət daşıyır.

Bundan əlavə, Azərbaycanın Mərkəzi Asiya liderlərinin sammitləri formatına daxil edilməsinin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tərəflər ölkələr arasında iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin, eləcə də nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Ayrı-ayrılıqda beynəlxalq və regional gündəlik məsələlər də müzakirə olunub. Bu kontekstdə qeyd edilib ki, Qazaxıstan və Azərbaycan Avrasiya məkanında yeni geosiyasi və geoekonomik memarlığın formalaşdırılmasında birgə fəal iştirak edirlər.

Tokayev Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031