azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb

14-01-2026

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb

“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb.

Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır.

Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir.

Qeyd edilir ki, görülən işlər nəticəsində Azərbaycan ədəbi dili inkişaf edəcək, ana dilində yeni əsərlər yaradılacaq və Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq.

Konsepsiyada Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, ana dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və beynəlxalq ünsiyyətdəki rolunun artırılması məqsədilə tədbirlərin görülməsi də öz əksini tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031