Azərbaycan Ermənistana dörd nəfəri təhvil verdi

Azərbaycan Ermənistana dörd nəfəri — Gevorq Sudcyan, David Davtyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryanı təhvil verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Təhvilvermə prosesi Hakari körpüsündə baş tutub, bundan sonra onlar Ermənistan ərazisinə çatdırılıblar.
Xatırladaq ki, dekabrın sonunda Vaqif Xaçatryan Bakıda xəstəxanaya yerləşdirilmişdi. Mövcud məlumata görə, bir gün əvvəl onun vəziyyəti pisləşib, təngnəfəslik və ürək nahiyəsində ağrılar yaranıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: