azturkxeber.az
http://azturkxeber.az

Ankara–Bakı Qardaşlığı: Yeni Dünya Nizamına Aparan Tarixi Model

14-01-2026

34 il əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik münasibətlərin qurulduğunu elan etdi. Bu gün isə dünyada elə bir siyasi və strateji model tapmaq çətindir ki, Ankara–Bakı qardaşlığını təkrarlaya bilsin.

Qazanılan Zəfər, Bakıdakı möhtəşəm Qələbə paradı, Şuşa Bəyannaməsi, Bakı–Tbilisi–Ceyhan enerji xətti, Türk Dövlətləri Təşkilatının güclənməsi və nəhayət, Zəngəzur dəhlizi – bütün bunlar təkcə iki dövlətin deyil, bütöv bir coğrafiyanın taleyini dəyişən hadisələrdir.

İki böyük liderin əl-ələ verərək müharibələr, böhranlar və geosiyasi toqquşmalar içində “sabitlik adası” yaratması müasir tarixdə nadir nümunədir. Zəngəzur dəhlizi ilə yüz illik tarixin gedişatı dəyişir, Şərq Qərbə, Şimal Cənuba bağlanır.

Türk dünyası birləşmək üzrədir. Orta Asiyanın zəngin insani və maddi resursları Qafqazdan keçərək Anadolu ilə birləşir. Bu, yalnız iqtisadi layihə deyil – bu, tarixi və mədəni dirçəlişdir.

İki liderin çiyinlərində əsrlər boyu müharibələrlə, parçalanmalarla müşayiət olunan türk imperiyalarının tarixini yeni məcraya yönəltmək kimi ağır, lakin şərəfli bir missiya dayanır. Bu yol dünyanın aparıcı iqtisadi güclərindən birinə çevrilməyə aparır.

Parçalanan dünyada birləşən türk ellərinin əslində 34 illik yaşı var. Zaman buna şahiddir.

İki qardaşın sıx tutulan əli hələ çox şanlı tarixi mərhələlərə meydan olacaq. Bir həqiqət də var: Türkiyə və Azərbaycansız gələcək dünya nəqliyyat, enerji və təhlükəsizlik baxımından mümkün deyil.

Məhz bu iki dövlətin sayəsində yeni dünya nizamının yeni yolları açılır. Tarixdə ilk dəfədir ki, biz dünya quruculuğunda iştirak edirik.

Əziz Əlibəyli, Media və Kommunikasiya Departamentinin, Sosial Tədqiqatlar Mərkəzinin müdiri.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031