Təhlükə Ekrandan Kənarda Deyil: Kiber Tələlərə Qarşı Diqqətli Olaq

Kiber məkanda təhlükələr gündəlik həyatımızın bir hissəsinə çevrilib. Fişinq mesajları, saxta keçidlər, eləcə də sosial şəbəkələrdə yayılan cəlbedici, lakin aldadıcı elanlar ciddi risk yaradır. Bu cür kiber tələlərə qarşı hər birimiz daha diqqətli olmalıyıq.
Təhlükəsizlik qaydalarını unutmayaq:
Bank kartınızın PIN kodunu, SMS-lə göndərilən təsdiq şifrələrini, CVV kodunu və digər məxfi məlumatları heç bir halda tanımadığınız şəxslərlə paylaşmayın.
Şübhəli linklərə daxil olmayın, naməlum mənbələrdən göndərilən faylları açmayın.
Sosial şəbəkələrdə şəxsi məlumatlarınızı paylaşarkən ehtiyatlı davranın və məxfilik ayarlarını mütəmadi yoxlayın.
Unutmayaq ki, kiber təhlükəsizlik hər kəsin məsuliyyətidir. Diqqətli olaq və təhlükəsizlik qaydalarına daim riayət edək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: