azturkxeber.az
http://azturkxeber.az

Sumqayıtda avtomobillərin toqquşması nəticəsində yanğın baş verib

13-01-2026

Sumqayıtda avtomobillərin toqquşması nəticəsində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA Optima" və “TOYOTA Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.

Yanğın nəticəsində "TOYOTA Prius" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031