azturkxeber.az
http://azturkxeber.az

Serialın yayımı zamanı söyüş məzmunlu ifadələrin efirə verilməsinə görə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılması haqqında qərar qəbul edilmişdir

13-01-2026

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunmuşdur.
Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmamışdır. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul etmişlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031