Gürcüstan XİN başçısı: Orta Dəhlizin inkişafı bizim üçün həyati əhəmiyyət kəsb edir
Cənubi Qafqaz regionu və ümumiyyətlə bölgəmiz böyük tranzit potensialına malikdir. Bu gün bölgəmizdə mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir. Onlardan biri də Orta Dəhlizdir. Beynəlxalq əməkdaşlıq baxımından Orta Dəhlizin inkişafı bizim üçün həyati əhəmiyyət kəsb edir.
Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Əbu-Dabi Dayanıqlılıq Həftəsi Sammitində çıxışı zamanı söyləyib.
Xarici işlər naziri Gürcüstana investisiya qoymaq istəyən şirkətlərə müvafiq məlumatların verilməsinin vacibliyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: