azturkxeber.az
http://azturkxeber.az

Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olub

13-01-2026

Fransada 21 yaşlı motosikletçi yarış zamanı faciəvi şəkildə həlak olub

Fransada keçirilən “Gurp TT” motoyürüşü faciə ilə nəticələnib.

21 yaşlı motosikletçi Rafael Şole Qreyan-Lopital kommunasında təşkil olunan yarış zamanı keçirdiyi ağır qəza nəticəsində həyatını itirib.

İnsident zamanı onu digər iştirakçı vurub, Şole motosikletindən yıxılıb və yarış dərhal dayandırılıb. İdmançının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, helikopterlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, Fransada motokros yarışları zamanı baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretanda keçirilən turnirdə 23 yaşlı Boris Prudom da qəza qurbanı olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031