azturkxeber.az
http://azturkxeber.az

Filippində Mayon vulkanı yenidən püskürüb

13-01-2026

Filippində Mayon vulkanı yenidən püskürüb

Yanvarın 13-də Filippində Mayon vulkanında təkrar püskürmə baş verib.

Bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, Mayon vulkanının zirvə kraterindən təxminən 100 metr məsafədə qısamüddətli püskürmə baş verib. Vulkanik aktivliyin çərşənbə axşamı səhər tezdən müşahidə olunduğu və təxminən 35 saniyə davam etdiyi bildirilib.

Bölgədə üçüncü təhlükə səviyyəsi elan edib. Mayon vulkanının mümkün püskürmə təhlükəsi səbəbindən təxminən 4 mindən çox insan təsirlənib.

Qeyd edək ki, hündürlüyü 2500 metrədək olan Mayon vulkanı konusvari formaya malikdir. Filippində ən aktiv vulkan hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031