Azərbaycan klubu mövsümün sonunadək transfer etməyəcək
Qadın voleybolçulardan ibarət UNEC komandası mövsümün sonunadək heyətinə oyunçu cəlb etməyəcək.
Bu barədə klubun prezidenti Vüqar Məmmədov məlumat verib. “Qışda komandaya yeni oyunçu almayacağıq. Hazırkı heyətdən razıyıq. Mövsümün sonunadək əlimizdəki oyunçularla yola davam edəcəyik”, - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, UNEC komandası hazırda 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: