“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Əlavə reyslər üzrə biletlər sərnişinlərə endirimli qiymətlərlə təqdim olunacaq.
Bununla yanaşı, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə ekspres tipli qatar biletlərinə 10 faiz endirim tətbiq olunur.
Eyni zamanda, bu istiqamət üzrə müəyyən edilmiş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə olaraq 10 kiloqrama qədər yükün daşınması üçün rüsum da azaldılıb. Belə ki, əlavə yük haqqı 40 manatdan 20 manata endirilib.
Qeyd olunan addımlar sərnişinlərin rahatlığının artırılmasına və dəmir yolu nəqliyyatından istifadənin daha əlçatan olmasına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.