Azturkxeber.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) iş adamı Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi üzrə məhkəmə qərarı qəbul edilib.
Sabunçu Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Təqdimat təmin olunub və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona iqtisadi təhlükəsizliyə qarşı yönəlmiş diversiya əməlləri törətmək və külli miqdarda vəsaiti mənimsəmək ittihamları irəli sürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.