azturkxeber.az
http://azturkxeber.az

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

12-01-2026

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031