azturkxeber.az
http://azturkxeber.az

Praqada taksilər üçün ekoloji tələblər sərtləşdirilir

12-01-2026

Praqada taksilər üçün ekoloji tələblər sərtləşdirilir

Praqa şəhər hakimiyyəti paytaxtda hava çirklənməsinin azaldılması məqsədilə taksi xidmətləri üçün yeni ekoloji tələblər müəyyən edib.

2030-cu ildən etibarən Çexiya paytaxtında yalnız elektromobillər taksi kimi fəaliyyət göstərə biləcək.

Bundan əlavə, gələn ilin avqust ayından bütün taksilər daha sərt ekoloji norma hesab olunan “Euro-6d” emissiya standartına cavab verməlidir. Sözügedən qərarlar bu gün şəhər şurasının üzvləri tərəfindən təsdiqlənib və yaxın vaxtlarda səsverməyə çıxarılacaq.

Son illər Praqada taksilərin sayı kəskin artıb, avtomobillərin orta yaşı isə təxminən 10 il təşkil edir. Bu vəziyyət şəhər rəhbərliyini hava mühitinin qorunması sahəsində tədbirləri gücləndirməyə vadar edib. Rəsmi sənədlərdə qeyd olunur ki, Praqada əsas hava çirkləndiricisi avtomobil nəqliyyatıdır və bəzi ərazilərdə çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının normalarını aşır.

Məlumata görə, 2024-cü ildə şəhərdə təxminən 16 min taksi qeydiyyatda olub. Bu artım əsasən “Uber” və “Bolt” kimi mobil tətbiqlərin geniş yayılması ilə əlaqələndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031