azturkxeber.az
http://azturkxeber.az

Paytaxtda avtobusda soyğunçuluq edən 3 nəfər saxlanılıb

12-01-2026

Paytaxtda avtobusda soyğunçuluq edən 3 nəfər saxlanılıb
Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Azturkxeber.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031