azturkxeber.az
http://azturkxeber.az

Nazir Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

12-01-2026

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

Qonağı səmimi salamlayan nazir K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən K.Heydərov, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031