azturkxeber.az
http://azturkxeber.az

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

12-01-2026

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cı Assambleyası çərçivəsində assambleyanın 17-ci sessiyasının prezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələr təqdim edilib.

Energetika Nazirliyindən bildirilib ki, coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq, assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit Okean regional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib. Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupun hər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlər vəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın, Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okean regional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karib dənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.

Assambleyanın 17-ci sessiyası 2027-ci ildə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031