azturkxeber.az
http://azturkxeber.az

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyyə edir

12-01-2026

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir.

Agentlikdən bildirilib ki, aparılan son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır.

İKTA bildirib ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.

İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:

- Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;

- Şübhəli linklərə daxil olmayın və şəxsi məlumat verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);

- SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);

- Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;

- Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031