Ermənistan Rusiyanın səfirinə etiraz notası təqdim edib

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatları ilə bağlı ona etiraz notası təqdim edilib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və dövlət televiziya kanalının efirində səsləndirilmiş bəyanatlarla əlaqədar dərin narazılığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Vurğulanıb ki, bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilədir, düşmən xarakteri daşıyır və Ermənistan ilə Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur”, — deyə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: