Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də Türkiyə Respublikasının Rizə şəhərinə səfər edəcək.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Komitə sədri səfər çərçivəsində Beynəlxalq Ayder Enerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionunda enerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsr olunmuş sessiyada çıxış edəcək.
Səfər yanvarın 17-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.