“Azercell Telekom” MMC rouminq internet paketləri üzrə məhsul portfelini yeniləyir. Abunəçilərin tələblərinə uyğun yenilənmiş paketlər rouminqdə internet xidmətindən daha sərfəli şərtlərlə istifadə imkanı təqdim edir. İndi ölkə hüdudlarından kənarda belə abunəçilər işlərini rahatlıqla idarə edə və yaxınları ilə fasiləsiz ünsiyyətdə qala bilər, bu da öz növbəsində onlar üçün səyahət təcrübəsini daha rahat və etibarlı edir.
Belə ki, yerli bazarda ən geniş rouminq şəbəkəsinə malik lider mobil operator 500 MB, 2 GB, 5 GB və 10GB həcmlik internet paketlərini istifadəyə verir.
Qısa müddətli xarici səfərlər üçün nəzərdə tutulmuş 500 MB həcmli rouminq paketi 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə 10 gün müddətinə 25 AZN-ə təqdim olunur. Daha uzun müddət və daha geniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB həcmli paket 50 AZN, 10 GB həcmli paket isə 75 AZN-ə təklif olunur.
Qeyd edək ki, bu paketlərdən 100-dən çox ölkədə fəaliyyət göstərən 260 operatorun şəbəkəsində yararlanmaq mümkündür və bu siyahı mütəmadi olaraq yenilənir.
Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etmək mümkündür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”