Avropa çempionatında Azərbaycanı iki güllə atıcısı təmsil edəcək
Azərbaycanın iki güllə atıcısı Bolqarıstanın Burqas şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Azturkxeber.az Beynəlxalq Atıcılıq İdman Federasiyasına (ISSF) istinadla xəbər verir ki, turnirdə ölkəmizi Leyli Əliyeva və İmran Qarayev təmsil edəcəklər.
Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma proqramında qüvvələrini sınayacaqlar.
L.Əliyeva və İ.Qarayev fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı fevralın 9-15-də təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: