ETX “Telegram” və “WhatsApp” hesabları ilə bağlı xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.
Bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata əsasən, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, “Telegram” və “WhatsApp” hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: