Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə planlaşdırılan Bakı–Tehran–Bakı marşrutu üzrə reysi ləğv edib

Bu barədə Azturkxeber.az-a AZAL-ın Mətbuat Xidmətindən məlumat verilib.
“Reysin bərpa olunması ilə bağlı məlumat əlavə olaraq elan ediləcək. AZAL yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir və anlayışlarına görə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Məlumat almaq üçün sərnişinlər AZAL-ın çağrı mərkəzinə — callcenter@azal.az ünvanına müraciət edə bilərlər”, — aviaşirkətin bəyanatında qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: