ADY 2025-ci ildə sərnişindaşımada 20% artıma nail olub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu üzrə 10 milyondan çox sərnişin daşıyıb. Bu göstərici 2024-cü ilin ümumi nəticələrini 20% üstələyir.
Bundan əlavə, ötən ilin dekabr ayında daşınan sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21% artım göstərib. Bu dinamika dəmir yolu nəqliyyatına marağın artdığını və ADY-nin xidmət keyfiyyətinin yüksəldiyini təsdiqləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: