azturkxeber.az
http://azturkxeber.az

Ötən il Azərbaycanda 83 kişi məişət zorakılığı ilə üzləşib

08-01-2026

2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi məişət zorakılığına məruz qalıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.

Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.

Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031