Xaricdə iş və təhsil adı altında yayılan saxta onlayn təkliflərə qarşı xəbərdarlıq

Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda xarici ölkələrdə yüksək məvacibli iş imkanları və nüfuzlu ali təhsil müəssisələrində təhsil vədi ilə yayılan saxta elanların sayı artmaqdadır.
Aparılan araşdırmalar göstərir ki, bu cür “cəlbedici” təkliflərə aldanan vətəndaşlarımız ciddi təhlükələrlə üzləşirlər. Belə hallarda şəxslər:
xaricə səfər etdikdən sonra pasport və sənədlərindən məhrum edilir,
məcburi əməyə və ya cinsi istismara cəlb olunur,
bəzi hallarda isə kölə vəziyyətinə salınırlar.
Unutmayın: Yüksək maaş, qısa müddətdə viza və ya asan qəbul vədi hər zaman real və təhlükəsiz fürsət demək deyil. Təklifin etibarlılığını mütləq araşdırın, yalnız rəsmi mənbələrə etibar edin və tələsik qərarlar verməyin.
İnsan alveri riskləri barədə məlumatlı olun, özünüzü və yaxınlarınızı qoruyun.
Qurbana çevrilməyin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: