azturkxeber.az
http://azturkxeber.az

“Nvidia” korporasiyası “Siemens” şirkəti ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

07-01-2026

“Nvidia” korporasiyası “Siemens” şirkəti ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

ABŞ-ın “Nvidia” korporasiyası Almaniyanın “Siemens” şirkəti ilə sənaye tətbiqləri üçün süni intellekt sahəsində əməkdaşlığı genişləndirir.

Əməkdaşlıq çərçivəsində “Nvidia” çip dizayn prosesini sürətləndirmək üçün “Siemens”in elektron dizayn avtomatlaşdırması (EDA) proqram təminatının qrafik proses modulu (GPU) ilə işləməsinə kömək edəcək. İki şirkət çip inkişaf prosesini sürətləndirməklə yanaşı, çiplərin bütün proseslərini - istehsaldan əvvəl funksionallığını sınaqdan keçirmək üçün çiplərin rəqəmsal nüsxələrini yaratmağı hədəfləyirlər.

“Nvidia”nın baş icraçı direktoru Yensen Huanq deyib ki, korporasiya bu əməkdaşlıq sayəsində fiziki süni intellekt vizyonunu sənaye sektoruna yönəldir. O, həmçinin kompüter sənayesinin hər 10-15 ildən bir böyük dəyişiklik yaşadığını, generativ süni intellektin və sürətləndirilmiş hesablamanın yeni bir sənaye inqilabını “alovlandırdığını” bildirib.

Qeyd edək ki, hazırda bütün kompüter çipləri EDA alətlərindən istifadə etməklə hazırlanır. Çip spesifikasiyaları kiçildikcə və tranzistorlar artdıqca proses daha çox hesablama intensivliyinə çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031