azturkxeber.az
http://azturkxeber.az

Gəncədə Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub

07-01-2026

Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində keçirilən tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Sonra həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.

Pravoslavlar şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyublar.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin dünyaya gəlməsinin şərəfinə qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031