azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlər müzakirə olunub

07-01-2026

Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlər müzakirə olunub

Qazaxıstanın ölkəmizdə yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.

Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031