azturkxeber.az
http://azturkxeber.az

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib

07-01-2026

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə “ACWA Power” şirkəti Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisi olduğu vurğulanıb. Hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.

Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031