24İNFO-nun TikTok səhifəsi 2025-ci ildə 40 milyon baxış əldə edib

24İNFO-nun TikTok səhifəsi 2025-ci ildə 40 milyon baxış əldə edib.
2025-ci il ərzində 24İNFO informasiya portalının TikTok sosial şəbəkəsindəki rəsmi səhifəsi yüksək statistik göstəricilərlə yadda qalıb. Hesabat dövründə səhifədə paylaşılan videolar ümumilikdə 40 milyon baxış toplayıb.
Statistik məlumatlara əsasən, il ərzində 179 min istifadəçi 24İNFO-nun TikTok səhifəsinə daxil olub. Paylaşılan videolar 439 min bəyənmə, 62 mindən artıq şərh qazanıb, həmçinin videolar 21 min dəfə paylaşılıb.
Qeyd edək ki, il ərzində səhifədə ölkədə və dünyada baş verən ictimai-siyasi və mədəni hadisələr, eləcə də ən son və operativ xəbərlər mütəmadi olaraq işıqlandırılıb. Bununla yanaşı, Milli Məclisin deputatları, həmçinin bir sıra dövlət qurumları və şirkət rəhbərləri ilə müsahibələr də izləyicilərə təqdim olunub.
Əldə olunan nəticələr 24İNFO-nun sosial şəbəkələrdə peşəkar və operativ informasiya siyasətinin göstəricisi kimi dəyərləndirilir. Bu uğurun 2026-cı ildə də davam etdirilməsi üçün 24İNFO komandası olaraq bütün imkanlardan istifadə olunacaq.
Bu münasibətlə 24İNFO kollektivi bütün izləyicilərini təbrik edir və göstərilən etimada görə təşəkkürünü bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: