azturkxeber.az
http://azturkxeber.az

Müharibə ilə əlaqədar 500-dən çox şəxs yüksək texnologiyalı və ən müasir protezlərlə təmin edilib

06-01-2026

Müharibə ilə əlaqədar 500-dən çox şəxs yüksək texnologiyalı və ən müasir protezlərlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır.

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyaya aid 500-dən çox hərbçi yüksək texnologiyalı və ən müasir protezlərlə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlara ümumilikdə 620-dək son nəsil protez verilib. Aktivlik və funksionallığı ilə seçilən həmin protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkət imkanına malik olur.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.

Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və bu, onların idman oyunlarında daha sərbəst və rahat hərəkətlər etməsinə imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031