azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Afrika Respublikasında prezident seçkilərinin qalibi elan olunub

06-01-2026

Mərkəzi Afrika Respublikasında prezident seçkilərinin qalibi elan olunub

Mərkəzi Afrika Respublikasının Milli Seçki Komissiyası dekabrın 28-də keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Fosten-Arkanc Touaderanı ilkin olaraq qalib elan edib.

“Ndeke Luka” radiostansiyasının məlumatına görə, seçicilərin 52,42 faizinin iştirak etdiyi seçkilərdə Touadera 76,15 faiz səs toplayıb.

Dekabrın 28-də Mərkəzi Afrika Respublikasında prezident və parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda yeddi namizəd, o cümlədən 2016-cı və 2020-ci illərdəki seçkilərdə qalib gəlmiş Touadera mübarizə aparıb. 2023-cü ilin yayında referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə namizəd olmaq hüququ verib.

Yeni konstitusiyaya görə, bu ölkədə prezidentlik müddəti yeddi ildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031