İngiltərədə dəmiryolu stansiyasında tapılan partlamamış mərmi ciddi gecikmələrə səbəb olub
Böyük Britaniyada əsas nəqliyyat qovşaqlarından birinin yaxınlığında tapılan partlamamış hərbi sursat sərnişinlərin təxliyəsinə və qatarların hərəkətində ciddi ləngimələrə yol açıb.
Birminqem dəmir yolu xəttinin yaxınlığında, Duddeston ərazisində köhnə minaatan mərmisinə bənzədiyi ehtimal olunan partlayıcı qurğu aşkarlanıb. Hadisə ilə əlaqədar həmən stansiyalar arasındakı xətlər bağlanıb. Hadisə yerində 100 metrlik təhlükəsizlik zonası yaradılıb və mütəxəssislər qurğunu qiymətləndirməyə başlayıblar. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: