ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında rekord göstərici: Konteyner aşırılması 40 faizə yaxın artıb

AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.
2024-cü illə müqayisədə limanın ADY-yə inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: