azturkxeber.az
http://azturkxeber.az

Ukraynalı respondentlərin 59 faizdən çoxu seçkilərin sülh sazişindən sonra mümkün olacağına inanır

05-01-2026

Ukraynalı respondentlərin 59 faizdən çoxu seçkilərin sülh sazişindən sonra mümkün olacağına inanır

Ukraynalı respondentlərin 59 faizdən çoxu hesab edir ki, seçkilər müharibənin tam başa çatmasından və sülh sazişindən sonra mümkün olacaq.

Bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu apardığı sorğunun nəticəsinə istinadla məlumat verib. Sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 10 faizi seçkilərin atəşkəsdən əvvəl keçirilməli olduğuna inanır. Həmçinin 23 faiz atəşkəs və təhlükəsizlik təminatları əldə olunarsa, seçkilərin keçirilməsini dəstəkləyir. Analitiklərin fikrincə, bu rəqəm ötən ilin mart-dekabr ayları arasında 9 faizdən 23 faizə yüksəlib.

Maraqlıdır ki, sentyabrda respondentlərin 63 faizi hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkiləri dəstəkləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bəyan etmişdi ki, o, ABŞ və avropalı tərəfdaşlardan dəstək alacağı təqdirdə seçkilərə başlamağa hazırdır. Bu bəyanat ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi, habelə sülh planı layihəsində müvafiq sazişin imzalanmasından sonra keçirilməsini nəzərdə tutan müddəalarla bağlı bəyanatları fonunda səslənib.

Zelenski, həmçinin Ali Radadan qanunvericiliyə lazımi düzəlişlər hazırlamağı xahiş edib. Dekabrın 22-də parlamentdə seçkilərin hərbi vəziyyətdə keçirilməsinin mümkünlüyünü araşdırmaq üçün işçi qrup yaradılıb. Ali Radanın spikeri Ruslan Stefançuk müvafiq qanunun birdəfəlik tədbir olacağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031