Portuqaliya millisinin futbolçusu Səudiyyə Ərəbistanı klubundan ayrılır
Portuqaliya millisinin futbolçusu Joau Kanselu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılır.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
İddiaya görə, İspaniyanın “Barselona” və İtaliyanın “İnter” komandaları müdafiəçi ilə ciddi şəkildə maraqlanır. O, bu həftə gələcək karyerası barədə qərar verəcək.
Qeyd edək ki, Joau Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: