Krans-Montana faciəsi qurbanlarının yarısı yetkinlik yaşına çatmayan şəxslər olub
İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğında həlak olmuş 40 nəfərin şəxsiyyəti rəsmi qurumlar tərəfindən müəyyənləşdirilib.
Yanvarın 1-də baş vermiş faciədə ölənlərin tam yarısı yetkinlik yaşına çatmayan şəxslərdir. Həlak olanların hamısı 14-39 yaş aralığında olub. Rəsmi qurumların məlumatına əsasən, ölənlər arasında 21 İsveçrə, 9 Fransa, 6 İtaliya, 1 Belçika, 1 Portuqaliya, 1 Rumıniya və 1 Türkiyə vətəndaşı var.
Hadisə nəticəsində müxtəlif dərəcədə xəsarət alanların sayı isə 119 nəfər olub. Onların əksəriyyəti ağır dərəcəli yanıqla həm İsveçrənin, həm də qonşu ölkələrin xəstəxanalarına yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: