azturkxeber.az
http://azturkxeber.az

Bakı Ali Neft Məktəbi 2026-2030-cu illər üçün strateji inkişaf proqramı hazırlayır

05-01-2026

Bakı Ali Neft Məktəbi 2026-2030-cu illər üçün strateji inkişaf proqramı hazırlayır

Bakı Ali Neft Məktəbi (BANM) 2026-2030-cu illər üçün strateji inkişaf proqramının hazırlanmasına başlayıb. Proqram təsdiqləndikdən sonra növbəti 5 ildə BANM-in inkişaf istiqamətləri və hədəfləri aydın olacaq. Məqsəd ölkə daxilindəki nüfuzu qorumaq və istehsalat sahəsi ilə əməkdaşlığı gücləndirməkdir.

BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu məsələ ilə bağlı tədbirlər görülür. Rektor qeyd edib ki, əsas hədəf beynəlxalq səviyyədə uğurlar qazanmaqdır. Ali məktəb dünya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mühəndislər hazırlamağa fokuslanır. Bu mütəxəssislərə yalnız Azərbaycanda deyil, qlobal səviyyədə də ciddi ehtiyac var.

“Afrika və Asiya ölkələrində kadr hazırlığında fəal rol oynamaq gələcək planlarımız arasında yer alır. Bu istiqamətdə ilkin addımlar atılıb. Özbəkistanda ikili diplom proqramları fəaliyyət göstərir, Konqo və digər Afrika ölkələrində isə müvafiq təhsil qurumları ilə əməkdaşlıq imkanları genişləndirilir”, - deyə rektor bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031