azturkxeber.az
http://azturkxeber.az

Uşaq evi sosial xidmət müəssisələri sakinlərinin iştirakı ilə bilik yarışı keçirilib

04-01-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar arasında bilik yarışı təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yarış uşaqların bilik səviyyəsinin artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi, komandada işləmə vərdişlərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Hər komandada beş nəfərin iştirak etdiyi yarışda ümumilikdə 20 uşaq mübarizə aparıb.

Bilik yarışı müxtəlif sahələri əhatə edib. Uşaqların dünyagörüşü, məntiqi düşünmə bacarıqları, Azərbaycan tarixi və mədəniyyəti barədə bilikləri yoxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031