azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya Prezidenti Çində səfərdədir

04-01-2026

Cənubi Koreya Prezidenti Çində səfərdədir

Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.

Səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub. Bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Yanvarın 7-dək davam edəcək səfər zamanı Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çinin maliyyə mərkəzi olan Şanxaya da baş çəkəcək.

Cənubi Koreya mediasının məlumatına görə Çin lideri Si Cinpin, habelə Baş nazir Li Çian, qanunverici orqanın rəhbəri Cao Lıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regional məsələlər, o cümlədən Şimali Koreya mövzusu müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənədin imzalanması gözlənilir.

Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiət edir. Məqsəd Pekində keçiriləcək Çin-Koreya iqtisadi forumunda iştirak etmək, habelə süni intellekt, yaşıl enerji, təchizat zənciri, turizm də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031