azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə girişinə qadağa tətbiq olunur

03-01-2026

Türkiyədə uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə girişinə qadağa tətbiq olunur

Türkiyədə 15 yaşadək olan vətəndaşlarının sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək.

Bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş yerli televiziya kanallarından birinin efirində məlumat verib.

Nazirin sözlərinə görə, sosial şəbəkə istifadəçilərindən şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməsi və bunun ardınca təsdiqləmə tələb olunacaq.

“Biz artıq uşaqların və yeniyetmələrin “kommersiya obyekti” kimi istifadəsinə yol verməyəcəyik. Məktəblilər internetdən asılı vəziyyətə düşürlər ki, bu da təhsildə müvəffəqiyyətə təsir göstərir. Sosial şəbəkələr çox vaxt uşaqları stress vəziyyətinə salır”, – deyə nazir bildirib və qeyd edib ki, yenilik 2026-cı ilin yanvar ayının sonundan tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031