Tramp: “ABŞ Venesuelaya və Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib”
Nikolas Maduro həyat yoldaşı ilə birlikdə saxlanılıb
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb.
“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq”,- deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

